“Neftçi”nin kapitanı Emin Mahmudov komandasının bu gün start götürən təlim-məşq toplanışı barədə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi klub televiziyasına açıqlamasında bunları söyləyib:

“Komandada əhval-ruhiyyə yaxşıdır. Heyətlə bağlı bəzi problemlər var. Məşq prosesində hamı iştirak edə bilmir. Bununla belə, ciddi hazırlaşırıq. İstəyirik ki, 3-4-cü dövrələrdə daha yaxşı oynayaq”.

Eddi İsrafilov və Azər Salahlının “Neftçi”yə keçidinə toxunan təcrübəli oyuynçu onların komandaya xeyir verəcəyinə inandığını vurğulayıb: “Bizə yerli oyunçular lazım idi. Çünki komandada ancaq gənc futbolçular idi. Hər ikisini yaxşı tanıyıram. Bundan sonra rəqabət artacaq. İnanıram ki, bizə xeyir verəcəklər”.

Gənc futbolçuların əsas komanda ilə məşq etmələrinə də münasibət bildirən Mahmudov bunun önəmli amil olduğunu söyləyib: “Onların bizimlə hazırlaşmaları hər zaman xoşdur. Əsas komandadakı ab-havanı hiss etməlidirlər. Ümid edirəm ki, bizə xeyir verəcəklər”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp