“Qarabağ” bu gün məşqləri bərpa edib. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi hələlik Bakıda hazırlıq keçir.

Hazırlığın 2-ci mərhələsi Türkiyənin Antalya şəhərində baş tutacaq. Ayın 12-də qardaş ölkəyə yollanacaq komanda “Qloriya Sports Arena”da məskunlaşacaq.

“Qarabağ” yanvarın 14-də “Qaz Metan” (Rumıniya), yanvarın 21-də “Şlyonsk Vrotslav” (Polşa), yanvarın 25-də isə “Visla Krakov” (Polşa) klubları ilə yoxlama oyunları keçirəcək. Yanvarın 21-i və 25-də daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın “Batska Topola” və Slovakiyanın “Tatran” klubları ilə üz-üzə gələcək.

“Qarabağ”ın Antalya toplanışı yanvarın 26-da başa çatacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp