Almaniya “Bayern” klubunda koronavirusa yoluxanların sayı artıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Son olaraq yarımmüdafiəçi Alfonso Deyvisin COVID-19 testinin nəticəsi müsbət çıxıb. Xəstəliyi simptomsuz keçirən 21 yaşlı oyunçu evində təcrid olunub.

Daha öncə “Bayern”də daha 8 futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp