Futbol üzrə İtaliya millisinin və Türkiyənin “Adana Dəmirspor” klubunun hücumçusu Mario Balotellidə koronavirus aşkarlanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Hazırda öz ölkəsində olan italiyalı futbolçunun COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Bu üzdən də o, evində karantində alınıb. Yalnız koronavirus testi neqativ çıxandan sonra hücumçunun Türkiyəyə qayıtması gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp