İtaliyanın “Udineze” komandası tam tərkibdə karantinə alınıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Buna komandada koronavirusa kütləvi yoluxma səbəb olub. Son məlumata görə, A Seriyası təmsilçisində azı 9 futbolçunun COVİD-19 testi pozitiv çıxıb.

Bu üzdən də klub rəhbərliyi yerli səhiyyə orqanının qərarı ilə bütün kollektivi yanvarın 5-dən 9-dək təcrid etmək məcburiyyətində qalıb. Belə olan halda “Udineze”nin “Fiorentina” və “Atalanta” ilə çempionat oyunları baş tutmayacaq. Klub görüşlərin təxirə salınması ilə bağlı A Seriyasının rəhbərliyinə müraciət ünvanlayıb. Lakin turnirin təşkilatçıları bunun mümkün olmadığı bildirilib. Böyük ehtimalla komandaya texniki məğlubiyyət veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp