“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Marsel “Olimpik”i futbolçusu Cordan Amavini icarəyə verib.

Futbolinfo.az xəbər verir ki, Fransa klubu müdafiəçisini Liqa 1-in digər təmsilçisi “Nitsa”ya icarəyə verib.

Bu barədə Marsel təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu mövsümün sonuna qədər “Nitsa”da çıxış edəcək.

Amavi 2018-ci ilin yayından “Olimpik”də çıxış edirdi. O, bu mövsüm sözügedən komandada cəmi 4 oyuna çıxıb.

“Qarabağ”ın Marsel “Olimpik”i ilə ilk oyunu fevralın 17-də Fransada keçiriləcək. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp