“Neftçi” daha bir futbolçu ilə vidalaşır. Göndərilməsi gündəmdə olan legionerlərlə yanaşı, komandaya xeyri dəyməyən yerlilər də yola salınır.

Heyətə düşə bilməyən Fəhmin Muradbəylini “Keşlə”yə verib Azər Salahlını düşərgəyə cəlb edən bakılılar, azarkeşlərlə yaşadığı insidentdən sonra tamamilə gözdən düşən Mirabdulla Abbasovu da icarəyə göndərmək niyyətindədi. “Keşlə”nin imtina etdiyi hücumçu mövsümün ikinci yarısına Sumqayıtda başlayacaq. Şəhərin eyniadlı komandası heyət yetərsizliyini icarəyə götürülənlərlə sığortalamaq niyyətindədi və Mirabdulla da onlardan biridi.

Səid Rzanı yola salmağa hazırlaşan “kimyaçılar” artıq “Neftçi” ilə razılıq əldə edib və Abbasov mövsümün qalan hissəsini bu komandada keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp