2011-ci il Türkiyə Super Kuboku uğrunda oyun Bakıda keçirilə bilər.

Futbolinfo.az xəbər verir ki, bu barədə məşhur jurnalist Ertem Şener sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, “Fənərbaxça” ilə “Beşiktaş” arasındakı qarşılaşma Bakı Olimpiya Stadionunda oynanılacaq. Müəllif tarix açıqlamayıb.

2011-ci ildə “Fənərbaxça” Türkiyə çempionu olub, “Beşiktaş” isə ölkə kubokunu qazanıb. Ancaq həmin vaxt oyun alveri ilə bağlı araşdırma aparıldığı üçün Super Kubok matçı keçirilməyib.

2021-ci ilin 27 dekabrında “Fənərbaxça” tərəfi tam bəraət alıb. Bundan 3 gün sonra klub Türkiyə Futbol Federasiyasına müraciət edərək həmin matçın oynanılmasını tələb edib. “Beşiktaş” tərəfi TFF-nin verəcəyi qərara hörmətlə yanaşacağını, lazım olarsa, meydana çıxacaqlarını bildirib. Federasiya rəhbəri Nihat Özdemir bu məsələnin İdarə Heyətinin iclasında gündəmə gətirəcəyini və lehinə səs verəcəyini açıqlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp