İtaliyanın “Cenoa” komandasının baş məşqçisi Andrey Şevçenko koronavirusdan sağalıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, ukraynalı mütəxəssisin koronavirus testinin nəticəsinin müsbət olduğu bildirilib.

Şevçenko A Seriyasının 20-ci turu çərçivəsində bu gün keçiriləcək “Sassuolo” – “Cenoa” matçında komandasının yanında olacaq.

“Cenoa” futbolçularından birinin COVİD-19 testinin pozitiv çıxdığını da açıqlayıb. Həmin oyunçu karantinə alınıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp