“Sumqayıt”a keçəcəyimlə bağlı xəbəri sizdən eşidirəm. Hazırda “Neftçi”nin məşqlərinə qoşulmuşam və təlim-məşq toplanışına yollanmağa hazırlaşıram”. Bunu futbolinfo.az-a açıqlamasında “Neftçi”nin hücumçusu Mirabdulla Abbasov deyib.

Forvard “Sumqayıt” klubuna keçəcəyi ilə bağlı xəbərə münasibət bildirib: “Neftçi”də qalıb daha çox şans qazanacağıma inanıram. Özümə güvənirəm və rəqabətə hazıram. Həmişə olduğu kimi əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.

Abbasov “Neftçi” üçün mövsümün ilk yarısında müəyyən uğursuzluqların olduğunu da açıqlayıb: “Müəyyən uğursuzluqlar oldu ki, nəticəsi bu gün turnir cədvəlində özünü göstərir. Heç birimizin istəmədiyi və layiq olmadığımız yerdəyik. Amma fikrimcə, çempionatın ikinci dövrəsində toparlanıb, qələbələri sıralayıb vəziyyəti yaxşılaşdıra bilərik. Buna inamım həddən artıq çoxdur”.

Hücumçu mövsümün ilk yarısını özü üçün pis keçdiyini sözlərinə əlavə edib: “Hücumçu olaraq mövsümün ilk yarısında bir qol vurmuşamsa, yəqin ki, buna pis demək daha doğru olar. Müəyyən səbəblər var idi. Təlim-məşq toplanışında zədələndim, doğru-düzgün məşq prosesi keçə bilmədim. Bunun kimi səbəblər mövcuddur. Amma irəli baxmaq lazımdır. Zədəsiz toplanış keçib ikinci dövrəyə daha yaxşı formada başlayacam”.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp