Futbol üzrə İtaliya A Seriyasında 20-ci turun daha bir oyunu təxirə salınıb.

Futbolinfo.az xəbər verir ki, bu gün, saat 15:30-da keçirilməli olan “Bolonya” – “İnter” matçı təxirə salınıb.

Buna meydan sahibi komandanın heyətində koronavirusa yoluxma hallarının artması səbəb olub.

Bundan əvvəl “Fiorentina” – “Udineze”, “Salernitana” – “Venetsiya” və “Atalanta” – “Torino” matçları təxirə salınmışdı.

Shares: