Türkiyənin “Qalatasaray” komandasında koronavirusa yoluxma halları aşkarlanıb.
Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin məşqçiləri Selçuk İnan və Cihan Ünaldan, həmçinin yarımmüdafiəçi Taylan Antalyalıdan COVID-19 üçün götürülmüş test nümunələri müsbət çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər 3 şəxs komandadan təcrid olunaraq, karantinə alınıb.