Futbol üzrə Əlcəzair yığmasının yarımmüdafiəçisi Nabil Bentaleb özünə yeni iş yeri tapıb.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu bundan sonra Fransanın “Anje” klubunun uğurları üçün çalışacaq.

Yarımmüdafiəçi Liqa 1 təmsilçisi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.

Bentaleb son olaraq Almaniyanın “Şalke” komandasında çıxış edib. O, Almaniya klubundan ayrılandan – 2021-ci ilin yayından bəri azad agent statusu daşıyırdı. Yarımmüdafiəçi karyerası ərzində İngiltərənin “Tottenhem” və “Nyukasl” komandalarında da forma geyinib. Əlcəzair yığmasında 35 matça çıxan futbolçu 5 qol vurub.

Shares: