“Səbail”in futbolçusu Turan Manafov karyerasını Yunanıstanda davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, 23 yaşlı müdafiəçi “Olimpiakos Volos” klubuna keçməyə yaxındır.
Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Xəbərdə, “Olimpiakos Volos”un Manafovun keçidi üçün “Səbail”lə razılığa gəldiyi bildirilib.
Turan Manafov 2019-cu ilin yayından “Səbail”də çıxış edir.
“Olimpiakos Volos” Yunanıstanın 2-ci liqasında mübarizə aparır. Komanda bu mövsüm çempionatda 14-cü sıradadır.