“Neftçi”nin futbolçusu Sabir Buqrin karyerasını Tunisdə davam etdirəcək. Futbolinfo.az-ın 3 gün öncə yazdığı xəbəri indi hər iki tərəf təsdiqləyir, üstəlik, “GnetNews” saytı da bu barədə məlumat verib.

Gözlənildiyi kimi, 26 yaşlı yarımmüdafiəçi “Esperans” klubu ilə razılaşıb. Buqrin tibbi müayinədən keçdikdən sonra Tunisin ən titulli təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.

Əldə etdiyimiz bilgiyə görə, Tunis klubu bu transfer üçün “Neftçi”yə 300 min dollar ödəyəcək. Çünki Sabirin bakılılarla müqaviləsi davam edirdi.

Mərakeşli yarımmüdafiəçi 2020-ci ilin yayından “Neftçi”də çıxış edir. O, bu mövsüm Premyer Liqada 12 oyuna çıxıb.

Shares: