“Neftçi”nin Türkiyədəki təlim-məşq toplanışında üz-üzə gələcəyi son rəqib bəlli olub.

Futbolinfo.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Bolqarıstan təmsilçisi ÇSKA 1948-lə qarşılaşacaq. Yanvarın 24-də keçiriləcək qarşılaşmanın başlama vaxtı məlum deyil.

Yanvarın 5-dən bir araya gələn “Neftçi” ayın 10-da Türkiyəyə yollanacaq. 15 gün burada hazırlıq keçəcək “Neftçi” yanvarın 14-də “Kişvarda” (Macarıstan), 19-da isə “Visla” (Plotsk, Polşa) ilə yoxlama oyunu keçirəcək.

Shares: