“Sumqayıt” klubu dövrələrarası fasilədə ilk futbolçu keçidini reallaşdırıb.

Futbolinfo.az xəbər verir ki, “kimyaçılar” son olaraq Gürcüstanın “Telavi” klubunda çıxış etmiş Vüqar Bəybalayevlə 2,5 illik müqavilə imzalayıb. 28 yaşlı yarımmüdafiəçi yeni komandasında 15 nömrəli formada çıxış edəcək.

2017/18 mövsümündə də “Sumqayıt”da çıxış etmiş Vüqar Bəybalayev qeyd olunan mövsümdə ümumilikdə 24 oyunda iştirak edib. Vüqar son klubu “Telavi” ilə yanaşı, “Bakı”, “Xəzər Lənkəran”, “Rəvan” və “Səbail” klublarının uğurları üçün də çalışıb.

Shares: