“Neftçi”nin futbolçusu Sabir Buqrin klubu tərk edib.
Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov “Neftçi”nin baş məşqçisi Samir Abasov jurnalistlər üçün təşkil olunmuş brifinqdə deyib:
“Onun getməsi xoş hal deyil. Çünki Sabir aparıcı oyunçumuz idi. Onunla nə qədər oturub danışdıq da. Amma adamın fikri-zikri buranı tərk etmək idi. Maddiyatın nə dərəcədə rol oynadığını bilmirəm. Düşündük ki, oyunçu bu fikirdədirsə, onun keçidindən biz niyə pul qazanmayaq”.
Buqrin Tunisin “Esperans” klubu ilə razılaşıb.
Sabir Buqrin 2020-ci ilin yayından “Neftçi”də çıxış edən Buqrin Bakı klubu ilə 37 oyunda 4 qol vurub.