“Neftçi”nin yeni transferi Eddi İsrafilov açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Vətən müharibəsi vaxtı müsahibə verməməsini Azərbaycan dilində yaxşı danışa bilməməsi ilə əlaqələndirib:

“Müharibə zamanı və bitəndən sonra ordumuzu sosial şəbəkələrdə dəstəkləmişəm. 3-4 yaşımadək Azərbaycanda böyümüşəm. Bu, mənim ana Vətənimdir. Azərbaycana hörmətlə yanaşıram.

Vətən müharibəsi 27 sentyabrda başlayıb. Mən 29 sentyabrda paylaşım edərək, Azərbaycana dəstək vermişəm. Müharibə bitdikdən sonra – 10 noyabr 2020-ci ildə “Qələbə günün mübarək, Azərbaycan. Qarabağ Azərbaycandır” paylaşımları etmişəm. Yenə də vurğulamaq istəyirəm ki, “Qarabağ” – Azərbaycandır!”

“Neftçi” Eddi İsrafilovla 2.5 illik müqavilə imzalayıb.

48f80b35 f9d1 4678 a9bb 0d30d810a5ac - Futbolinfo.az
85c2dbbf e966 49bf 947a 2dac4cfdc6d1 - Futbolinfo.az
e289a664 a84d 4a5d a2f0 36447a2f7241 - Futbolinfo.az
Shares: