“Neftçi”nin baş məşqçisi Samir Abasov yeni transferləri Eddi İsrafilov haqda danışıb.
Futbolinfo.az xəbər verir ki, Abasov, 30 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı bunları qeyd edib:
“Eddi İsrafilovu gətirməyimizin ilk səbəbi onun yerli futbolçu olmasıdır. Yerli futbolçu baxımından əziyyət çəkmişik, dəfələrlə gileylənmişik. Fürsət düşəndə də Eddini gətirməli idik. Azərbaycanda “Neftçi”yə layiq olan yerli futbolçuların hamısı ilə danışmışıq. Bu gün onları gətirmək mümkünsüzdür. Həm klubları buraxmır, ya da elə maddi tələblə çıxış edirlər ki, ondansa iki Sabir Buqrin gətirmək yaxşıdır”.
Eddi İsrafilov “Neftçi” ilə 2,5 illik müqavilə imzalayıb.