Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva yanvarın 10-da Bakıda start götürəcək hazırlıq prosesinə 16 oyunçu çağırıb. Onlardan 13-ü yekun heyətə seçiləcək.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar – 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.

1Rövşən HüseynliAraz-Naxçıvan03-04-1991
2Ramiz ÇovdarovAraz-Naxçıvan28-07-1990
3İsa AtayevAraz-Naxçıvan07-08-1989
4Xətai BağırovAraz-Naxçıvan15-08-1987
5Rizvan FərzəliyevAraz-Naxçıvan01-09-1979
6Amir ShojaeiAraz-Naxçıvan01-04-1988
7Hadi AhmadiBayterek (Qazaxıstan)26-04-1994
8Cavad MəmmədovNeftçi İK12-10-2001
9Emin KürdovEKOL10-07-1984
10Tofiq MikayılovEKOL11-04-1986
11Eduardo BorgesHalle-Gooik (Belçika)14-10-1986
12Rafael VilelaPalma Futsal (İspaniya)12-03-1993
13Fineo De AraujoSporting Paris (Fransa)10-04-1987
14Thiago Teles MartinsACCS FUTSAL( Fransa)19-02-1987
15Everton CardosoLevante U.D. (İspaniya)04-12-1987
16Oliveira Villiams “Vassoura”Sporting Paris (Fransa)26-04-1985
Shares: