Futbol üzrə Türkiyə millisinin və Fransanın “Lill” komandasının hücumçusu Burak Yılmaz koronavirusa yoluxub.
Futbolinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Türkiyəli futbolçudan götürülmüş sonuncu COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb.
36 yaşlı hücumçu bu mövsüm bütün turnirlər çərçivəsində meydana çıxdığı 23 oyunda 6 qola imza atıb.