Futbol üzrə Fransa çempionatının 14-cü turunda azarkeşlərin meydana daxil olması səbəbindən təxirə salınan Lion və Marsel “Olimpik”ləri arasındakı matçın keçirilmə vaxtı məlum olub.

Futbolinfo.az xəbər verir ki, qarşılaşma fevralın 1-də oynanılacaq. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.

Ötən il, noyabrın 25-də keçirilən bu matçda yerli azarkeşlər Marsel təmsilçisinin futbolçusu Dimitri Payetin başına su butulkası atıb. Bundan sonra fanatlar meydana daxil olub və matç yarımçıq dayandırılıb.

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Marsel “Olimpik”i ilə qarşılaşacaq. İlk oyun fevralın 17-də Fransada, cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp