Danimarkalı yarımmüdafiəçi Kristian Eriksen karyerasını İngiltərədə davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Brentford”a keçib. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Eriksenlə müqavilənin müddəti 2022-ci ilin yayına qədərdir.

AÇ-2020-nin Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən və daha sonra ürəyindən əməliyyat olunan Eriksenə kardioverter-defibrillyator (İCD) qoşulub. Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün sinəyə qoyulan kiçik bir cihazdır. Cihaz ürəyin qəfildən dayanmasının da qarşısını alır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp