“Neftçi”nin hücumçusu Tyaqo Bezzeranın futbolinfo.az saytına müsahibəsi

  • Antalya toplanışı necə keçdi?
  • Çox yaxşı toplanış oldu. Mən bir az gec qoşulduğum üçün müəyyən qədər komandadan geri qalmışam. Bu da normaldır. Düşünürəm ki, təlim-məşq toplanışının bizə xeyri olacaq. Sabah oyunumuz var. Çalışıram ki, əskiklərimi düzəldim. Bunun üçün məşq edirəm.
  • Çempionluq ab-havası varmı komandada?
  • “Neftçi” hər zaman çempionluq üçün oynayır. Amma reallıqlara da baxmaq lazımdır. Hazırki vəziyyətdə ilk pillədən çox geridəyik. Xal fərqini aradan qaldıra bilərik. Matçdan matça daha yaxşı oynamaq lazımdır. Hər oyunda qalib gələrsək, xal fərqi aşağı düşər. Danışıqda bu asan görünür, amma daha yaxşısını meydanda etmək lazımdır. Yeni transferlər də komandaya güc qatıb və düşünürəm ki, onlar da bizə xeyir verəcəklər.
  • Mamadu Kanenin komandadan gedişi “Neftçi”yə təsir edəcək?
  • Kane bizim üçün çox önəmli oyunçu idi. Azərbaycana uşaq kimi gəlib və burada böyüyüb. Onun gedişi normaldır. Allah üzərində çalışan hər kəsə mükafatını verir. Kane üçün də belə oldu. Ona uğurlar arzulayıram. O, bütün bunlara layiqdir. Daha yaxşı yerlərə getməsini arzulayıram. Artıq komandada yeni transferlər var və hər kəs onlara da inanır.
  • “Neftçi”yə heç də pis qoşulmadın və qollar vurdun. Bombardir olmaq üçün çalışacaqsan?
  • Təbii ki, mənim işim qol vurmaqdır. Amma burada taktika var, çox önəmli işlər görmək lazım olur. Hücumçular müasir futbolda çox şey deməkdir. Ona görə mən komanda olaraq qazanmağı seçərdim. Hər matçda 100 faiz gücümü ortaya qoyacam. İnanıram ki, yaxşı başlayacağıq.
  • Azərbaycan Kubokunun 1/4 finalında “Sabah”la matçda qalib gələ biləcəksiniz?
  • Kubokda yaxşı nəticəyə ümid edirəm. Mövsümün ikinci yarısına qalibiyyətlə başlamaq lazımdır. İlk yarının sonuncu matçında “Qəbələ” ilə 1:1-lik heç-heçə etmişdik. Çox pis nəticə idi. Çünki qol şanslarımız olduqca çox idi, amma biz istifadə edə bilməmişdik. Amma hamısı geridə qaldı. Yaxşı başlanğıc çox vacibdir.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp