“Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros özünə yeni komanda tapıb.

Futbolinfo.az xəbər verir ki, isveçli hücumçu karyerasını yenidən Niderland Erediviziyasında davam etdirəcək. 32 yaşlı forvard “Herakles”lə anlaşıb.

Bu, təcrübəli oyunçunun Almelo təmsilçisinə 3-cü qayıdışıdır. O, daha əvvəl 2009-2013 və 2016-2017-ci illərdə bu komandanın formasını geyinib.

2015/16 mövsümündə “Qarabağ”da çıxış etmiş Armenterosun son klubu Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Fucayra” olub.

Shares: