Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi İspaniyanın “Barselona” klubunun qapıçısı İnyaki Penyanı heyətinə qatıb.

Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı qolkiper bu mövsümün sonuna kimi icarə əsasında “Qalatasaray”ın uğurları üçün çalışacaq.

İnyaki Penya “Barselona”nın yetirməsidir. O, indiyə qədər Kataloniya klubunun yalnız B komandasında oynamaq şansı qazanıb.

Türkiyə mətbuatının yazdığına görə, “Qalatasaray” sabiq hücumçusu Bafetimbi Qomesi də heyətinə qatmaq üzrədir. Artıq tərəflər arasında bütün məsələlərdə razılıq əldə olunub. Fransalı hücumçunun tezliklə İstanbula gələcəyi və rəsmi müqaviləyə imza atacağı gözlənilir. Sabiq klubu ilə ilyarımlıq anlaşan futbolçunun qazancı isə 2 milyon 250 min avro olacaq.

Bafetimbi Qomis son olaraq “Əl Hilal” klubunun uğurları üçün çalışıb. 36 yaşlı forvard 4 il öncə məhz “Qalatasaray”dan ayrılaraq sözügedən klubla müqavilə imzalamışdı. Hazırda 36 yaşı olan Qomis daha öncə 2017/18 mövsümündə Türkiyə nəhənginin formasını geyinib. Həmin mövsüm Super Liqada meydana çıxdığı 33 oyunda 29 qola imza atan fransalı qoleador, bombardir olmuşdu.

Shares: