Futbol üzrə Fransa kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Liqa 1-in lideri PSJ kubokda “Nitsa” ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Nitsa” mərhələ adlayıb.

Daha öncə “Nant”, “Amyen”, “Versal”, “Bastiya”, “Olimpik” (Marsel), “Berjerak” və “Monako” da 1/4 finala vəsiqə qazanmışdı.

Fransa kuboku
1/8 final
29 yanvar

Nant – Brest 2:0
Nansi – Amyen 0:2
Tuluza – Versal 0:1
Reyms – Bastiya 1:1 (penaltilər 3:5)
Olimpik (Marsel) – Monpelye 1:1 (penaltilər 5:4)

30 yanvar

Berjerak – Sent Etyen 1:0
Lans – Monako 2:4

31 yanvar

PSJ – Nitsa 0:0 (penaltilər 5:6)

Shares: