“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Marsel “Olimpik”i ilə səfər oyununu Fransada keçirə biləcək.

Futbolinfo.az xəbər verir ki, Fransa hökuməti Çin və Rusiya vaksinindən istifadə edən idmançıların ölkəyə gələ biləcəyini açıqlayıb.

Bu barədə ölkənin idman naziri Roksana Marasinyanu yerli mətbuata açıqlamasında bildirib. Nazir futbolçuların sağlamlıq protokollarına ciddi əməl etməli olduqlarını və matçlardan 24 saat əvvəl test verməli olduqlarını söyləyib.

Daha əvvəl Fransanın “Sinovac” vaksinini qəbul etmədiyi üçün qarşılaşmanın başqa ölkədə təşkili gündəmdə idi.

“Qarabağ”ın “Olimpik”lə ilk oyunu fevralın 17-də Fransada, cavab matçı isə ayın 24-də Bakıda baş tutacaq.

Shares: