“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, Qurbanov, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Fasilədən sonra ilk rəsmi oyunumuza çıxdıq. “Qarabağ”ın şərhə ehtiyacı yoxdur. Çalışdıq ki, taktiki səhvlər etməyək. Oyuna itkilərlə çıxmışdıq. Meydana çıxan futbolçular özlərini göstərməyə çalışdılar. Məğlub olmaq istəmirdik, amma bu, futboldur. Baxışa 4 futbolçu çağırmışdıq. Onlardan biri ilə – Natan Oduva ilə yaxın günlərdə müqavilə imzalayacağıq.
  • Son dəqiqələrdə olan mübahisəli epizodla bağlı nə düşünürsüz? Penalti var idimi?
  • Hər iki komandanın qol imkanları idi. Son dəqiqələrdə mübahisəli epizoda yenidən baxmaq lazımdır. Gördüyüm qədərilə penalti idi.
Shares: