“Fənərbaxça”nın futbolçusu Maks Meyer karyerasını Danimarkada davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Midtyulland” klubunda çıxış edəcək.

Bu barədə Danimarka təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Meyer bu mövsüm “Fənərbaxça” ilə 12 oyuna çıxıb.

Shares: