18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak etməli idi.

Futbolinfo.az xəbər verir ki, bununla əlaqədar komandamız fevralın 1-dən etibarən fevralın 3-dək Bakıda hazırlıq keçməli idi.

Lakin prosedura uyğun olaraq komandanın toplanışdan əvvəl təşkil olunan COVID-19 testində 6 futbolçu, 1 nəfər məşqçi və inzibati heyət üzvündə koronavirus aşkarlanıb. Bununla əlaqədar millinin toplanışı və səfəri ləğv olunub. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

COVID-19 testi pozitiv nəticələnənlərin siyahısını diqqətinizə çatdırırıq:

Futbolçular:
Adəm Topalov
Həmzəli Mikayılov
Eşqin Əhmədov
Hacıəli Şirəliyev
Murad Məmmədov
Sənan Ağalarov

Məşqçi:
Aslan Kərimov

İnzibatçı:
Ehtiram Abbasov

Shares: