AFFA-nın tərkibində olan federasiyalar və üzvlərə 2021-ci ildə ayrılan vəsaitin həcmi məlum olub.
Futbolinfo.az xəbər verir ki, bu məbləğ assosiasiyanın bugünkü Hesabat Konfransında açıqlanıb.
Vəsaitin ümumi məbləği 2 milyon 639 min 471 manat təşkil edib. Ötən il ərzində Futzal Federasiyasına 799 min 800 manat, Regional Futbol Federasiyasına 226 min 083, Futbol Veteranları İttifaqına 171 min 056, Peşəkar Futbol Liqasına 611 min 613 manat, Çimərlik Futbol Federasiyasına 56 min 980, İctimai Futbol Federasiyasına 25 min 800, Tələbə Futbol Federasiyasına 7 min, Uşaq və Gənclər Federasiyasına 142 min 300 manat, Əlillər Futbol Federasiyasına 20 min 664, Qarabağ Əlillər Futbol Federasiyası 23 min 250 manat, “Turan Tovuz” Futbol Akademiyasına 536 min 935 manat, İsgəndər Cavadov Bakı Futbol Akademiyasına isə 18 min manat köçürülüb.
Futbol federasiyalarına ayrılan vəsait bəlli oldu
Shares: