Türkiyənin “Qalatasaray” klubu sabiq hücumçusu Bafetimbi Qomisin transferini tamamlayıb. Futbolinfo.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Amma Türkiyə mətbuatı fransalı hücumçunun sabiq klubu ilə ilyarımlıq anlaşdığını yazır. Futbolçunun qazancı isə 2 milyon 250 min avro olacaq.

Bafetimbi Qomis son olaraq “Əl Hilal” klubunun uğurları üçün çalışıb. 36 yaşlı forvard 4 il öncə məhz “Qalatasaray”dan ayrılaraq sözügedən klubla müqavilə imzalamışdı. Bu komandada 150 oyuna çıxan futbolçu, 108 qol vurub. Hücumçu Səudiyyə Ərəbistanı təmsilçisindən azad agent kimi ayrılıb. Bu üzdən də İstanbul klubu ona görə heç bir transfer haqqı ödəməyəcək.

Hazırda 36 yaşı olan Qomis daha öncə 2017/18 mövsümündə Türkiyə nəhənginin formasını geyinib. Həmin mövsüm Super Liqada meydana çıxdığı 33 oyunda 29 qola imza atan fransalı qoleador, bombardir olmuşdu. Fransa yığmasının sabiq üzvü karyerası ərzində “Sent-Etyen”, “Trua”, “Olimpik” (Lion), “Suonsi Siti”, “Olimpik” (Marsel) kimi klublarda da oynayıb.

Yeri gəlmişkən, “Qalatasaray” öz oyunçularından Jesse Sekidikanı da icarəyə göndərib. Nigeriyalı vinger bu mövsümün sonuna kimi “Eyüpspor”a icarəyə verilib. TFF 1-ci liqa klubu onu satınalma şərti ilə heyətinə qatıb. 25 yaşlı futbolçu bu mövsümün əvvəlindən Belçikanın “Oud-Heverlee Leuven” klubunda icarədə idi.

Sekidika 2019/20 mövsümündə “Əskişəhərspor”dan “Qalatasaray”a transfer edilib. O, daha öncə “Konyaspor”da da icarədə oynayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp