Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, yığmamızın rəqibi İraqın U-20 millisi olub.

Oyun 2:2 hesabı ilə yekunlaşıb. Millimizin qollarını Mahmud Ağayev və Ege Bilsel vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp