“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, Baqa, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Lazımsız səhvlərə görə uduzduq. Sadə epizodlarda səhv edir, topu itirirdik. Daha çox şey danışmaq istəmirəm.
  • Başqa nələrdən narazı qaldız?
  • Ötürmələrdə səhvlərə yol verirdik. Bundan başqa komanda hücumda dişsiz idi. Əli Qurbani hücumda tək idi. Ona lazımi ötürmələr gəlmirdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp