“Keşlə” Azərbaycan kubokunda 50-ci səfər oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, əvvəllər “Xəzər Universiteti” və “İnter” adlanan komandanın yubileyi 1/4 finalın “Qarabağ”la ilk görüşünə təsadüf edib.

0:1 hesabı ilə uduzan Bakı klubu 16-cı məğlubiyyətini alıb. Paytaxt təmsilçisi səfərdə 22 qələbə və 12 heç-heçəyə də malikdir. “Keşlə” 74 qol vurduğu rəqib meydanlarında 55-ci topu buraxıb.

Qeyd edək ki, səfərdəki oyun sayında yalnız “Neftçi” və “Qarabağ”dan geri qalan qəsəbə təmsilçisi “Kəpəz”ə çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp