Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin “Dinamo”ya (Zaqreb) keçidinin detalları məlum olub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

Mahirin çıxış etdiyi “Legiya” 2021-ci ildə heyətinə qatdığı Lirim Kastrati üçün “Dinamo”ya 1 milyon avro borclu olub. Varşava təmsilçisi həmin ödənişin edilməməsi qarşılığında azərbaycanlı futbolçu ilə müqaviləni ləğv edib.

“Dinamo” Mahir Emreli ilə 4,5 illik müqavilə imzalayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp