“Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Olimpik” (Marsel) klubu ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib. Futbolinfo.az xəbər verir ki, siyahıya yeni transferlər – qapıçı Luka Quqeşaşvili, yarımmüdafiəçi Leandro Andrade və hücumçu Rüstəm Əhmədzadə də daxil edilib.

Əvəzində Kiprin AEK (Larnaka) komandasına icarəyə verilmiş Qaspar Panadero və uzun müddət zədəli olan Xayme Romero ilə Türkiyənin Antalya bölgəsindəki toplanışda 10 aylıq sıradan çıxan Hüseyn Hüseynzadə heyətdən çıxarılıb.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 94. Ayhan Arazlı;

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 24. Zamiq Əliyev, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83, Nihad Quliyev, 15. Leandro Andrade;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borges, 27. Toral Bayramov;

Hücumçular: 22. Musa Qurbanlı, 25. İbrahima Vadji, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə.

“Qarabağ”ın Marsel “Olimpik”i ilə ilk oyunu fevralın 17-də Fransada, cavab oyunu isə fevralın 24-də Bakıda baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp