“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmdəliyevin futbolinfo.az-a müsahibəsi

  • Hazırda zədənlə bağlı vəziyyət necədir?
  • Hər şey yaxşıdır. Yavaş-yavaş zədəmi bərpa edirəm. Bu dəfə bir az çətindir və daha çox vaxt aparır. İnşallah, tezliklə sağalaram.
  • Nə zaman komanda ilə məşqlərə başlayacaqsan?
  • Fevralın sonu və ya martın əvvəli kollektiv məşqlərə başlaya biləcəm.
  • “Qarabağ”ın yeni transferi Luka Quqeşaşvili haqqında nə deyə bilərsən?
  • Onun haqqında bir söz deyə bilmərəm. Doğrusu, qolkiperi qiymətləndirmək mənim işim deyil. Bunun üçün məşqçi var və o hər şeyi deyə bilər.
  • Onun transferi sənə və digər qapıçı Emil Balayevə hər hansı çətinlik yaratmayacaq?
  • Düşünürəm ki, sadəcə rəqabət artacaq. Bunun heç bir mənfi cəhəti yoxdur. Rəqabətin daha çox olması isə hər kəsin xeyrinədir.
  • Komandanın əsas qapıçısısan və çox vacib oyunlar ərəfəsində zədələndin…
  • Əlbəttə ki, bu xoşagəlməz durumdur. Amma zədələnməyimi sakit qəbul edirəm, çünki futbolun tərkib hissəsidir. Allah mənim üçün ən yaxşısının nə olduğunu bilir. Demək bu zamanda belə olmalı imiş.
  • Qış fasiləsindən sonra bir neçə matç keçirəcəksiniz. Amma onların içində ikisini xüsusi vurğulamaq lazımdır. “Neftçi” və “Marsel”lə Konfrans Liqasında keçiriləcək oyunlar daha önəmlidir. Bu qarşılaşmalardan lazımi nəticə üçün nə lazımdır? Nəzərə alaq ki, böyük fasilədən az müddət sonra bu matçlara çıxacaq komanda…
  • Önəmsiz oyun yoxdur. Hər bir komanda “Qarabağ”a qarşı ikiqat, üçqat motivasiya ilə oynayır və bu da qarşılaşamaların vacibliyini daha da artırır. Sadəcə, “Neftçi” və “Marsel”lə qarşılaşmaların ətrafında böyük ajiotaj və həyəcan var. Bu səbəbdən onlar daha çox ön plana çıxır.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp