İngiltərənin “Brentford” komandasının baş məşqçisi Tomas Frank koronavirusa yoluxub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

COVİD-19 testi pozitiv çıxan mütəxəssis karantinə alınıb. O, ölkə kuboku çərçivəsində keçiriləcək “Everton”la oyunda komandasının yanında ola bilməyəcək.

“Everton” – “Brentford” matçı fevralın 5-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp