Xorvatiyanın “Dinamo” klubu futbolçusu Due Çopu icarəyə verir.

Futbolinfo.az xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi Jelko Kopiç azərbaycanlı hücumçu Mahir Emrelinin gəlişindən sonra heyətdə Çopu düşünmür. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

32 yaşlı hücumçu “Çelye” klubuna icarəyə veriləcək. Çop mövsümün sonuna qədər Sloveniya təmsilçisində çıxış edəcək.

Mahir Emreli “Legiya” ilə 4.5 illik müqavilə imzalayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp