“Sumqayıt”la qalib gəlmək üçün çox çalışdıq. 2022-ci ilə yaxşı başlamaq istəyirdik. Meydana qalibiyyət üçün çıxdıq və bunu bacardıq”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi İsnik Alimi deyib.

O, Azərbaycan Kubokunun ¼ finalında “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb. Alimi nəticənin o qədər də yaxşı olmadığını deyib: “Nəticə çox da yaxşı deyil. Yəni səfərdə çox qol vurmamışıq. 1:0 hesabına görə evdə rahat oynaya bilmərik”.
Yarımmüdafiəçi “Qəbələ”nin tək hədəfinin kubok olmadığını da açıqlayıb: “Biz qarşıdakı oyunu düşünürük. Matçları ardıcıl olaraq qazanmaq istəyirik. Sonda hansı nəticəyə imza atacağımızı görəcəyik”.

Şimali Makedoniyalı futbolçu yeni transferlərdən də danışıb: “Yeni transferlər yaxşı oyunçular və yaxşı insanlardır. Düzgün fikirlə buraya gəliblər və biz onlarla gücümüzə güc qatacağıq. Komandaya uyğunlaşmaları üçün əlimizdən gələni edirik”.

Təcrübəli oyunçu fevralın 7-də Premyer Liqa çərçivəsində “Sabah”a qarşı keçirəcəkləri matç haqqında isə bunları deyib: “Rəqib yaxşı komandadır və son zamanlar yaxşı futbol sərgiləyirlər. “Neftçi” ilə matçda özlərini yaxşı tərəfdən göstərdilər. Amma biz də bu matça köklənmişik və öz futbolumuzu ortaya qoymaq istəyirik. Qələbə qazanmaq lazımdır. Maraqlı və çətin qarşılaşma bizi gözləyir”.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp