Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Kasımpaşa” – “Qaziantep” matçında qonaqlar qələbə qazanıblar. Doqquz qolluq “Fatih Karagümrük” – “Konyaspor” görüşü isə meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Fənərbaxça” öz meydanında “Kayserispor”la qarşılaşıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyə kuboku
1/8 final
8 fevral

Kasımpaşa – Qaziantep 1:2
Qol: Oanes, 31 – Fiqeyredo, 42. Maksim, 81.

Fatih Karagümrük – Konyaspor 5:4
Qol: L.Mərcan, 7. A.Musa, 28. Borini, 67; 80-pen. E.Mor, 101 – Koka, 11; 21-pün. Amilton, 60. M.Çağıran, 87.

Fənərbaxça – Kayserispor 0:1
Qol: R.Çivelek, 90+4.

9 fevral

14:30. Bandırmaspor – Sivasspor
18:30. Hatayspor – Antalyaspor
21:30. Dənizlispor – Trabzonspor

10 fevral

18:30. Alanyaspor – Adana Dəmirspor
21:30. Beşiktaş – Göztəpə

Shares: