Türkiyənin “Bursaspor” klubu heyətini 4 yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Bursa təmsilçisi “Pasuş Fereyra”dan Joao Pedro, “Qaziantep”dən Enver Cenk Şahin, Yusuf Türk və Çinin “Şenzen” klubundan qanalı futbolçu Tivi Bifumanı heyətinə qatıb.

Pedro mərkəz hücumçusu, digərləri isə cinah oyunçusudur.

“Bursaspor”da Azərbaycan millisinin üzvü Namik Ələskərov çıxış edir.

Shares: