Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçularla gücləndirib. Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Belçikanın “Standard” klubunun hücumçusu Cekson Mulekanı icarəyə götürüb.

Konqo yığmasının da üzvü olan 22 yaşlı forvard bu mövsümün sonuna kimi Türkiyə təmsilçisinin uğurları üçün çalışacaq. O, millidə keçirdiyi 12 oyunda 3 qol vurub. Bu mövsüm Belçika çempionatında 19 oyuna çıxan Muleka 2 qol vurub. 2020-ci ildən “Standard”da çıxış edən oyunçu, daha öncə “Mazembe”nin uğurları üçün çalışıb.

muleka - Futbolinfo.az

“Kasımpaşa”nın heyətinə qatdığı daha bir oyunçu Danimarkanın “Midtyulland” klubunun yarımmüdafiəçisi Aver Mabildir. 26 yaşlı vinger də bu mövsümün sonuna kimi icarəyə götürülüb. Avstraliya yığmasının da üzvü olan futbolçu, 2015-ci ildən Danimarka klubunun uğurları üçün çalışır. O, “Esbyerq” və “Pasuş de Ferreyra”da da forma geyinib. Millidə 23 oyuna 6 qol vurmuş yarımmüdafiəçi, daha öncə “Kempbeltaun Siti” və “Abeleyd Yunayted” kimi komandalarda da oynayıb.

mabil - Futbolinfo.az

“Kasımpaşa” Super Liqanın digər təmsilçisi “Yeni Malatyaspor”dan ayrılan Rayan Abidi də heyətinə qatıb. Mərakeş əsilli fransalı futbolçu ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Rayan Abid peşəkar karyerasına Fransanın “Amyen” komandasında başlayıb. O, Fransada “Bezye” və “Paris” kimi klubların da formasını geyinib. 2019-cu ildə Türkiyənin “Hatayspor” klubuna transfer olunan yarımmüdafiəçi, “Yeni Malatyaspor”a bu mövsümün əvvəlində transfer olunmuşdu. 30 yaşlı futbolçu bu komandada 23 oyuna 1 qol vurub.

Shares: