“Çelsi”nin futbolçusu Hakim Ziyeş Mərakeş milli komandasındakı karyerasını bitirib.

Futbolinfo.az xəbər verir ki, 28 yaşlı oyunçu bu barədə İngiltərə mətbuatına açıqlamasında deyib:

“Milli komandaya qayıtmayacam. Bu, son qərarımdır. Mənim üçün hər şey çox açıqdır. Artıq bütün diqqətimi klubuma verəcəm”.

Ziyeş Mərakeş millisi ilə 40 oyunda 17 qol vurub. Onun millidəki karyerasını erkən bitirməsinə baş məşqçi Vahid Halilhociçlə münasibətlərinin korlanması səbəb olub. Bir müddət öncə milinin baş məşqçisi də Ziyeşi bir daha yığmaya dəvət etməyəcəyini açıqlamışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp