Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Fransanın “Dijon” klubundan Yassin Benzianı icarəyə götürüb.

Bu barədə “Hatayspor”un mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər Hatay təmsilçisində çıxış edəcək.

Benzia daha əvvəl Türkiyədə “Fənərbaxça”nın formasını geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp