Fransanın PSJ klubu daha bir ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisinin yarımmüdafiəçisi Leandro Paredes sıradan çıxıb. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Argentinalı yarımmüdafiəçi Fransa Liqa 1-də “Renn”lə matçı (11 fevral) buraxacaq. Paredesin Çempionlar Liqasında “Real”a qarşı keçiriləcək ilk oyunda iştirakı sual altındadır.
Xatırladaq ki, PSJ-də daha öncə Neymarın zədə səbəbindən “Real”la oyunda iştirak etməyəcəyi açıqlanıb.