Bu gün “Zirə”nin düşərgəsinə daha bir yeni oyunçu gələcək. Dünən “Qarabağ”dan Rahil Məmmədovu icarəyə götürən “qartallar” indi də nigeriyalı legionerlə güclənəcək.

Ahmed İsaiah Portuqaliya “Kovilya”sından gəlir. Daha öncə bu ölkənin bir neçə komandasında çıxış etmiş Ahmedin statistik göstəriciləri yaxşıdı. Amma son klubunda yarım il ərzində cəmi 5 oyun keçirib. Yarımmüdafiəçinin komandaya nə dərəcədə faydalı olacağını zaman göstərəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp